Nazarov 90 dəqiqə oynadı

11:52 5 Fevral 2017

Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Erzqebirge Aue" Almaniyanın 2-ci bundesliqasında növbəti oyununa çıxıb.
 

Sportarena.az xəbər verir ki, komanda 19-cu turda səfərdə  “Sandhauzen"lə qarşılaşıb və 0:2 hesabı ilə uduzub. Millimizin futbolçusu Nazarov 90 dəqiqə meydanda olub. O, 36-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırıb.

 

Qeyd edək ki, "Erzqebirge Aue" 19 turdan sonra 16 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti