İsrafilovlu "Kadis" qələbəyə sevindi

12:40 5 Fevral 2017

İspaniya Sequndasında 24-cü tura start verilib.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” evdə “Mirandes”lə qarşılaşıb. Ötən turda cari mövsümdə 5-ci sarı vərəqəsini alan Eddi cəza səbəbindən bu oyunu buraxmalı olub. Qarşılaşma isə “Kadis”in 2:1 hesablı qələbəsiylə nəticələnib.

 

Qeyd edək ki, hazırda hesabında 40 xal olan “Kadis” 22 komanda arasında 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti