"Selta" - "Real" matçı təxirə salındı

14:18 5 Fevral 2017

İspaniya La Liqasının 21-ci turu çərçivəsində bu gün keçirilməli olan “Selta” - “Real” oyunu təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, oyunun təxirə salınmasına səbəb Viqo şəhərindəki əlverişsiz hava şəraiti olub. Qarşılaşmanın hansı tarixə keçirildiyi hələ ki, açıqlanmayıb.

 

Qeyd edək ki, bu tur çərçivəsində "Deportivo” - “Betis” oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınmışdı.


Digər xəbərlər

Xəbər xətti