Hücumçumuz qol vurdu, komandası qalib gəldi

15:14 5 Fevral 2017

Azərbaycan millisində oynamağa razılıq verən Renat Dadaşov Almaniyanın "Ayntraxt" klubunun 19 yaşlılardan ibarət komandasının heyətində növbəti oyununu keçirib. 

 

 

Sportarena.az xəbər verir ki, 17 yaşlı hücumçu yeni komandasının heyətində "İnqolştadt"ın 19 yaşlılardan ibarət komandası ilə XVI tur çərçivəsində keçirilən oyunda iştirak edib. Qarşılaşma Dadaşovun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Həmyerlimiz oyunun 73-cü dəqiqəsində özünün yeganə, komandasının isə ikinci qoluna imza atıb. 

 

 

Qeyd edək ki, Dadaşovun komandası geridə qalan 16 turda 23 xal toplayıb və turnir cədvəlində 14 komanda arasında 7-ci pillədə qərarlaşıb.


Xəbər xətti