Türkiyəli müdafiəçi "Borussiya"da

16:26 5 Fevral 2017

“Borussiya” (Dortmund) “Bayer”in müdafiəçisi Ömər Toprakı transfer edib.

 

 

Sportarena.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Türkiyə millisinin 27 yaşlı müdafiəçisi bu mövsümü “Bayer”də keçirəcək, yeni mövsümdən isə Dortmund komandasında oynayacaq.

 

 

Onunla 2021-ci ilin iyunun 30-na qədər müqavilə imzalanıb. Müqavilənin maddi tərəfi açıqlanmayıb. Bu transfer “Borussiya”ya 12 milyon avroya başa gəlib.


Xəbər xətti