"Premyer Liqada qələbə qazana bilməyəcəyik" - Mourinyo - AÇIQLAMA

16:45 5 Fevral 2017

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo komandasının hədəflərindən danışıb.

 

Sportarena.az xəbər verir ki, Mourinyo MY-nin bu mövsüm İngiltərə çempionu ola bilməyəcəyini etiraf edib. Ancaq o, mübarizə apardıqları digər 3 turnirdə qələbə qazana biləcəklərini vurğulayıb:

 

“Bütün hallarda, mübarizə aparmalıyıq. Bu mövsüm Premyer Liqada qələbə qazana bilməyəcəyik. Bu, aydındı. Ancaq digər turnirlərdə titul əldə edə bilərik. Liqa kubokunu qazanmaq şansımız 50 faizdi. İngiltərə kubokunda və Avropa Liqasında da mübarizəni davam etdirirk. Bəli, biz bu turnirlərdə titul qazana bilərik”.


Digər xəbərlər

Xəbər xətti