İslam Həmrəyliyi Oyunlarında hansı futbol yığmaları iştirak edəcək? - AÇIQLAMA

13:21 6 Fevral 2017

Bu il Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında 8 futbol komandasının iştirakı gözlənilir.

 

Sportarena.az xəbər verir ki, bunu BP və İslam Həmrəyliyi Oyunlarının tərəfdaşlıq sazişinin imzalanması mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov deyib. Nazirin dediyinə görə, İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət komandalar mübarizə aparacaqlar.

 

Rəhimov yekun siyahının hələ ki, dəqiqləşmədiyini bildirib.

 


Xəbər xətti