"Fənərbaxça" ATV-ni şikayət edəcək

18:24 6 Fevral 2017

"Fənərbaxça" klubu gözlənilməz qərar qəbul edib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyənin ATV kanalını Türkiyə Futbol Federasiyana şikayət edəcək. Buna səbəb turnirin yayım hüququna sahib olan şirkətin şərhçisi Erman Toroğlunun ölkə kubokunun 1/8 final çərçivəsində "sarı-lacıvərtlər"in "Beşiktaş"la matçın gedişi zamanı səsləndirdiyi fikirlərdi.

 

Toroğlu oyun boyunca bir neçə dəfə "Fənərbaxça"nın futbolçularnın hərəkətləri və hakim qərarları barədə fikirlərini tamaşaçılarla bölüşüb. Bu isə "bülbüllər"in xoşuna gəlməyib. Elə bu səbəbdən sözügedən kanal və şərhçiylə bağlı TFF-yə şikayət ediləcək.


Digər xəbərlər

Xəbər xətti