Kintana Madridə gedir

21:10 6 Fevral 2017

Azərbaycan Premyer Liqasının 16-cı turunda AZAL-la matçda zədələnən "Qarabağ"ın futbolçusu Dani Kintananın mövsümü başa vurduğu haqda xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, 6 ay yaşıl meydanlardan uzaq qalacaq futbolçu yaxın günlərdə müalicəyə başlayacaq. Kintana bunun üçün Azərbaycanı tərk edəcək. 29 yaşlı futbolçu vətəninə yollanacaq. Kintana müalicəsini İspaniyanın paytaxtı Madrid şəhərində etdirəcək.


Digər xəbərlər

Xəbər xətti