"Atletiko"nun futbolçusu həbs edilə bilər

10:16 7 Fevral 2017

“Atletiko”nun futbolçusu Lukas Ernandes 7 ay müddətinə həbs edilə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Fransız futbolçu sevgilisini döyməkdə ittiham olunur. Futbolçunun sevgilisi ondan şikayətçi olmasa da, prokuror bununla razılaşmayıb. O, məhkəmədən futbolçunun 7 ay müddətinə həbs edilməsini tələb edib. Maraqlıdı ki, futbolçunun sevgilisi Amalia Lorentenin də həbs olunması (6 ay müddətinə) tələb edilib.

 

Xatırladaq ki, bir neçə gün öncə sevgilisini döydüyü ittihamı ilə həbs edilən Ernandes, sevgilisi şikayətçi olmadığından, çıxarıldığı məhkəmədə azadlığa buraxılmışdı. Məhkəmənin qərarına əsasən, cütlük bir-birinə 500 metr məsafədən artıq yaxınlaşa bilməz.

 


Digər xəbərlər

Xəbər xətti