"İnter"in iki futbolçusu cəzalandırıldı

10:21 7 Fevral 2017

İtaliya A seriyasının 23-cü turunda səfərdə “Yuventus”a uduzan (0:1) “İnter” daha bir zərbə alıb.

 

Sportarena.az xəbər verir ki, “neradzurra” İtaliya derbisindən sonra iki əsas futbolçusunun xidmətindən məhrum olub. Belə ki, İtaliya Futbol Federasiyasının İntizam Komitəsinin qərarına əsasən, Milan klubunun kapitanı Mauro İkardi və İvan Perişiç cəzalandırılıb.

 

Oyuna əlavə olunmuş 4-cü dəqiqədə qırmızı vərəqə alan Perişiç və hakimlərə qarşı nalayiq ifadələr işlədən İkardi komandalarının iki oyununu kənardan izləməli olacaqlar. “İnter” İntizam Komitəsinin qərarıyla bağlı şikayət edəcək.

 


Digər xəbərlər

Xəbər xətti