Güləşçilərimizin Dünya kubokundakı rəqibləri müəyyənləşdi

10:47 7 Fevral 2017

16-17 fevral 2017-ci il tarixdə İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, bu gün Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib. Yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A yarımqrupunda mübarizə aparacaq. İran, Türkiyə, Hindistan və Monqolustan komandaları ilə B yarımqrupunda yarışacaq. Fevralın 16-da yarımqrup görüşləri, 17 fevralda isə final görüşləri keçiriləcək. 


Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışda sərbəst güləşçilərimiz yarışları 5-ci yerdə başa vurub. Buna qədər isə sərbəst güləşçilərimiz 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub. 


Digər xəbərlər

Xəbər xətti