“Real”ın təxirə salınmış matçının vaxtı açıqlandı

11:21 7 Fevral 2017

İspaniya La Liqasında təxirə salınmış bir oyunun keçiriləcəyi tarix müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, 16-cı turdan təxirə salınmış “Valensiya” - “Real” oyunu fevralın 22-də keçiriləcək. Bu matç ötən ilin dekabrında keçirilməli olsa da, “kral klubu” həmin vaxt klublararası dünya çempionatında çıxış etdiyindən təxirə salınmışdı.

 

Xatırladaq ki, bu, “Real”ın təxirə salınmış yeganə oyunu deyil. Ötən həftə Zinəddin Zidanın yetirmələrinin “Selta” ilə səfər oyunu əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq təxirə salınmışdı.


Xəbər xətti