Tanınmış hakim dünya çempionatından imtina etdi

11:40 7 Fevral 2017

Məşhur italiyalı arbitr Nikola Rissoli 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarında hakimlik etməyəcək.
 

Sportarena.az xəbər verir ki, bu barədə referi İtaliya Arbitrlar Assosiasiyasına ünvanladığı məktubunda bildirib. "Hər şeyin əvvəli və sonu var, gənclərə şans vermək ədalətli olardı" - deyə Rissoli yazıb.

Rissoli son 5 ildə İtaliyanın ən yaxşı arbitrı seçilib, 2013-cü ilin Çempionlar Liqası və 2014-cü ilin dünya çempionatının final matçlarını idarə edib.

Xatırladaq ki, FİFA 2014 və 2015-ci illərdə Rissolini dünyanın "ən yaxşı hakimi" seçib.
 


Digər xəbərlər

Xəbər xətti