Telman İsmayılov: "Azərbaycanda futbol klubu açmağa hazıram" - AÇIQLAMA

11:51 7 Fevral 2017

Azərbaycanlı oliqarx, AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılov maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, baku.ws saytına müsahibə verən iş adamı Türkiyənin "Antalyaspor" klubuna sponsorluq etməsindən danışıb. Eyni zamanda, Azərbaycanda futbol klubu yarada biləcəyini də söyləyib:

 

 

"İmkanım olan zamanlarda bir sıra futbol klublarına, eləcə də "Antalyaspor"a sponsorluq etmişəm. Hesab edirəm ki, legionerlərə ehtiyac olmadan keçinmək üçün gənc idmançı kadrların yetişdirilməsi vacibdi. Problemlərim öz həllini tapdıqdan sonra Moskvada və Azərbaycanda yaxşı bir idman məktəbi açmağı çox istərdim. Gələcəkdə Azərbaycanda futbol klubu açmağa hazıram. Bu arada Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində uğurla çıxış etdiyini qeyd etmək istərdim. İki qələbə və 3 heç-heçə (red - iki qələbə, 1 heç-heçə) qəlbimizi Azərbaycan idmanına olan qürur hissi ilə doldurdu".


Xəbər xətti