Qriqorçuk cəzalandırıldı

12:39 7 Fevral 2017

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən “Qəbələ” - “Neftçi” matçında baş verən intizamsızlıqlarla bağlı ölçü götürülüb. Belə ki, meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Bundan başqa oyunun 90+1-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk və “Neftçi” klubunun məşqçisi Aleksandr Deriberin texniki zona qaydalarını pozduqlarına görə hər iki məşqçi 1 oyun cəzalandırılıb. “Qəbələ” klubunun baş məşqçisi bu halı ikinci dəfə təkrarlandığı üçün klub  1600 manat, “Neftçi” klubu isə 800 manat cərimə olunub.

 

Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə klublara daha ağır sanksiya tətbiq olunacaq.


Digər xəbərlər

Xəbər xətti