"Zirə" və "Kəpəz" cərimələndi - "Qırmızı"lara görə

12:47 7 Fevral 2017

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən “Zirə” – “Kəpəz” matçında baş vermiş intizamsıqlıqlara da baxılıb. Nəticədə “Zirə” klubunun 5, “Kəpəz” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub.

 

Oyunun 28-ci dəqiqəsində “Zirə” klubunun futbolçusu Meza Colli və  oyunun 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun futbolçusu Renan Da Silva aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalandırılıb və klublar 1600 manat cərimə olunub.


Xəbər xətti