AFFA Tounkaranı bağışlamadı

12:57 7 Fevral 2017

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, keçirilən iclasda Topaz  Premyer Liqasının XVI turu çərçivəsində baş tutan AZAL – “Qarabağ” matçının 45+3-cü dəqiqəsində oyunun baş hakimi Orxan Məmmədov tərəfindən meydandan qovulan Sadio Tounkaranın da cəzası açıqlanıb.

 

Tounkara ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub isə 200 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti