"Real" LFP-ni təhdid edir - "La Liqada oynamaq istəmirik"

14:35 7 Fevral 2017

İspaniya futbolunda yeni qalmaqalın əsası qoyulub.

 

Sportarena.az xəbər verir ki, "Real"ın prezidenti Florentino Peres İspaniya Peşəkar Futbol Liqasını (LFP) hədələyib. O, qurumu qeyri-peşəkarlıqda ittiham edir.

 

Belə ki, Peres La Liqanın son turu çərçivəsində klubunun "Selta" ilə səfər matçının əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmasından narazı qalıb. Klub prezidenti matçın keçirilməli olduğunu bildirib. Eyni zamanda, LFP-ni hədələyərək bildirib ki, belə davam edərsə, "Real" artıq turnirdə çıxışını dayandıraraq Beynəlxalq Çempionlar Kuboku layihəsini dəstəkləyəcək.

 

Məsələyə qarşı tərəf münasibət bildirməsə də, "Selta" matçın baş tutmamasının səbəbini açıqlayıb. Viqo klubu bildirib ki, fırtına nəticəsində stadionda bir sıra dağıntılar yaranıb.  Təhlükəsizlik qaydaları pozulmasın deyə LFP bu addımı atmaq məcburiyyətində qalıb. Həmçinin, qonaq azarkeşlər üçün ayrılan sektorda oturacaqlar tamamilə yararsız vəziyyətə düşüb.


Digər xəbərlər

Xəbər xətti