"Zirə" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq

14:51 7 Fevral 2017

Azərbaycan Premyer Liqanın 17-ci turunda “Qarabağ”la qarşılaşacaq “Zirə” oyuna ciddi itkilərlə çıxacaq.
 

Sportarena.az xəbər verir ki, komandanın aparıcı futbolçusu Yovan Krneta cəzalı duruma düşüb.Serbiyalı müdafiəçi “Kəpəz”lə görüşdə cəzalanaraq sarı vərəqə limitini doldurub. Bundan başqa, “Kəpəz”lə qarşılaşmada qırmızı vərəqə alan Sezar Meza Kolli də Ağdam klubu ilə oyunu buraxacaq.



Qeyd edək ki, “Qarabağ” - “Zirə” oyunu fevralın 8-də, saat 17:30-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti