Hakerlər Bekhemi biabır etdi - Şəxsi mesajlarını yaydılar

16:15 7 Fevral 2017

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhemin şəxsi mail hesabı xakerlər tərəfindən ələ keçirilib.

 

Sportarena.az xəbər verir ki, xakerlər onun şəxsi mesajlarını ictimaiyyətə təqdim edərək, sadə əhali tərəfindən çox sevilən sabiq futbolçunun sirlərini aşkara çıxarıb.

 

Sabiq futbolçunun nümayəndəsi Simon Oliveyra ona göndərdiyi mesajda Afrikada aclıqdan əziyyət çəkən əhaliyə yardım üçün UNİCEF-in hesabına 1 milyon funt-sterlinq ödəməli olduğunu deyib. Bekhem isə ona belə cavab verib:

 

“Şəxsi pulumu bu iş üçün xərcləmək istəmirəm. O bir milyonla yatırım edərəm. Onlara verməsəm, bu pul məndə qalacaq. Bu lənətə gəlmiş pul mənimdi”.

 

Bundan başqa, Bekhem Böyük Britaniya hökuməti barədə “qədirbilməz it uşaqları”, 2013-cü ildə mükafat alan müğənni Katerin Yenkins barədə isə “bu qız narkotik maddə aludəçisidi, zarafat edirsiz?” kimi fikirlər bildirib.


Digər xəbərlər

Xəbər xətti