İsland futbolçunun İstanbul macərası - Gecə klubları, model sevgili - FOTOLAR

17:46 7 Fevral 2017

"Qalatasaray"ın 2016-ci ilin yayında "Nant"dan icarəyə götürdüyü, amma xidmətindən yararlana bilmədiyi Kolbeyn Siqtorsson Türkiyə mətbuatının gündəmini zəbt edib.

 

Sportarena.az xəbər verir ki, zədəli olduğu üçün "sarı-qırmızılar"ın heyətində meydana çıxmayan forvard İstanbulda olduğu müddətdə futbol oynamaq əvəzinə gecə klublarında günlərini keçirirmiş.

 

 

Bu barədə qardaş ölkə mətbuatına Tuğçe Aral məlumat verib. Gənc model  bildrib ki, Siqtorsson gecə klublarında rəqs edərkən, içkilərdən istifadə edərkən zədəli olduğu hiss olunmayıb. Aral futbolçunun onunla münasibətdə olduğunu da gizlətməyib və sosial şəbəkədəki mesajları həmkarlarımıza təqdim edib.

 

 

Qeyd edək ki, islandiyalı forvard "Qalatasaray"da oynamadan keçirdiyi bir neçə ay üçün 1,25 milyon avro, klubu "Nant" isə 800 min avro qazanıb.


Digər xəbərlər

Xəbər xətti