Azarkeşlər qəzəbləndi - Klub prezidentinin maşınlarını yandırdılar

18:48 7 Fevral 2017

İtaliyanın “Peskara” klubunun prezidenti Daniele Sebastiani şok hadisə ilə üzləşib.
 

Sportarena.az xəbər verir ki, bir qrup azarkeş klub rəhbərinin avtomobillərini yandırıb. Komandanın uğursuz çıxışından qəzəblənən yerli azarkeşlər buna etiraz əlaməti olaraq prezidentin iki avtomobilinə od vurublar. Hər iki maşın yarasız hala düşüb. Sebastiani isə mövsümün sonunda vəzifəsindən gedəcəyini açıqlayıb.


Qeyd edək ki, “Peskara” 23 turdan sonra 9 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti