Qətər Dünya kubokuna 200 milyard dollar xərcləyəcək - AÇIQLAMA

14:25 8 Fevral 2017

Qətər 2022-ci ildə keçiriləcək dünya çempionatının hazırlıqlarına 200 milyard dollar xərcləyəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə Qətərin maliyyə naziri Əl-Şərif Əl Emadi məlumat verib:

 

"Əsas obyektlərin tikintisi üçün həftədə 500 milyon dollara yaxın vəsait sərf edirik. Növbəti 3-4 ildə də belə davam edəcək. Yalnız bu halda məqsədə çata, mundialın keçirilməsinə tam hazır ola bilərik”.

 

Qeyd edək ki, 200 milyard dollar təkcə stadionlara deyil, avtomobil yolları, dəmiryol nəqliyyatı, dəniz portları, aeroportlar, xəstəxanalra xərclənəcək.


Digər xəbərlər

Xəbər xətti