"Qarabağ"a qarşı sindromumuz var" - Ayxan Abbasov - AÇIQLAMA

20:08 8 Fevral 2017

“Qarabağ”a qarşı oynamağın çətin olduğunu bilirdik. Bizim bu komandaya qarşı sindromumuz var idi. Bunu sındırmaq istəyirdik”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib. Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində “Qarabağ”ın qonağı olan “Zirə” meydandan məğlub ayrılıb – 0:2. Matçdan sonra keçirilən mətbuat konfransında Abbasov bunları deyib:

 

“Bilirdik ki, rəqib ilk dəqiqələrdən qol vurmaq istəyəcək. İlk 3 oyundan maksimum xal qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. İtkilərimiz də var idi. Sezar Meza Kolli və Yovan Krneta bu gün iştirak etmirdi. Artıq “Qəbələ” ilə oyunlara hazırlaşacağıq”. (Apasport)


Xəbər xətti