"Kəpəz"də 3 itki

10:34 9 Fevral 2017

Azərbaycan Premyer Liqasının 17-ci turunda “Sumqayıt” ilə qarşılaşacaq “Kəpəz” oyunun hazırlıqlarını başa vurub.

 

Sportarena.az xəbər verir ki, Gəncə komandası matç öncəsi son məşqini dünən qonaq olacağı arenada keçib.

 

"Sarı-göylər" Gənclik şəhərinin təmsilçisiylə görüşə itkilərlə çıxacaq. “Kəpəz”in heyətində cəzalı və zədəli futbolçular var. “Zirə”yə qarşı son çempionat oyununda xəsarət alan Şəhriyar Əliyev və əvvəlki matçdan zədəli olan kapitan Tural Axundov sağalmayıb. Komandanın cəzalı üzvü isə Renan Da Silvadır. Braziliyalı bu gün əvəzedicilərin görüşündə meydana çıxıb. 


Digər xəbərlər

Xəbər xətti