Vurğun Hüseynova yubiley hədiyyəsi - FOTO

15:58 9 Fevral 2017

Azərbaycan Premyer Liqasının 17-ci turunda "Sumqayıt" evdə "Kəpəz"i qəbul edir.

 

Sportarena.az xəbər verir ki, matçdan öncə mükafatlandırma mərasimi keçirilib. Belə ki, komandanın kapitanı Vurğun Hüseynov "Sumqayıt"ın heyətində ötən tur 100-cü matçına çıxıb. Ona müdafiəçinin ad və soyadı yazılmış 100 nömrəli forma hədiyyə edilib.

 

Mükafatı klubun Müşahidə Şurasının sədri Abdulla Məmmədov və Sumqayıt futbolunun veteranı Telman Salahov təqdim edib.

 


Xəbər xətti