"Neftçi"də yeni kapitan - FOTO

17:16 9 Fevral 2017

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev gözlənilməz qərar qəbul edib.

 

Sportarena.az xəbər verir ki, çalışdırıcı komandanın yeni transferi Georgi Navalovskiyə kapitan sarğısını həvalə edib. Bu, "ağ-qaralar"ın "İnter"lə biraz sonra başlayacaq oyun üçün PFL-ə təqdim etdiyi iştirak ərizəsində qeyd edilib.

 

Komandanın hazırkı əsas və vitse-kapitanları - müvafiq olaraq Mahir Şükürov və Ruslan Abışov bu görüşdə iştirak etmədiyindən o bu addımı atıb. Maraqlı məqam odu ki, "Neftçi"də daha çox oyun keçirən və klubun yetirməsi olan futbolçular varkən belə qərar qəbul edilib.

 

Qeyd edək ki, 30 yaşlı gürcü futbolçu "Neftçi"yə qış transfer pəncərəsi zamanı transfer edilib və cəmi 2 oyunda meydanda olub.

 


Digər xəbərlər

Xəbər xətti