"Rəqiblərin canına qorxu salmaq istəyirik" - Samir Abasov - MÜSAHİBƏ

18:07 9 Fevral 2017

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

 

- Allah futbolçularımızın əziyyətini yerdə qoymasın. İki ağır oyundan sonra bu gün çox güc sərf elədik. Bu gün Bəhlul ilk oyununa çıxdı.

 

- Gənc komandanız ovaxtkı “Xəzər”i xatırladırdı...
- “Xəzər” haqqında düşünmürdüm. İstəyimiz var ki, əvvəlki ənəni qaytaraq, “Xəzər” kimi rəqiblərin canına qorxu salaq.

 

- Çernişevdən fərqli Qıstarovun oyunu elə də alınmırdı. Hətta tribunada belə narazılıqlar var idi...
- Tribunadakı narazıçılıqlar orada qalsın. Böyük seçimiz yox idi, 2 futbolçu var idi, onları da götürdük. (Futbolinfo.az)


Digər xəbərlər

Xəbər xətti