“Şöhrət” ordenli karateçimiz: “Anam məni çox döyürdü” - VİDEO

21:32 9 Fevral 2017

Avropa Oyunlarının qalibi, "Şöhrət" ordeni almış karateçi Ayxan Mamayev ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olub.

 

Sportarena.az xəbər verir ki, Maraqlı açıqlamalar verən idmançı, ailəsindən söz açıb:

 

"İmkanımız zəif idi. Atam inşaatçı olub, anam evdar qadın. Anam sonradan dərziliklə məşğul oldu. Ən gözəl illərim Bakıxanovda keçdi. Karate ilə ilk dəfə 7 yaşımda tanış oldum. Bunda mənə kömək böyük qardaşım oldu. İlk dəfə o getdi. O vaxt 1 nəfər 2 şirvan idi. Kasıb idik deyə ikimiz də gedə bilmirdik. Mən də uşaq idim, onlara baxıb, qıraqda müxtəlif hərəkətlər edirdim. Mənim şəxsi müəllimim olan Şahin Xudaverdiyev dedi ki, gəl idmana, səndə potensial var. Pul istəmədi. Uşaq vaxtı bu yaxşılığını başa düşməsəm də, sonralar anladım. Uşaq idim, sadəcə qələbə qazanmaq, uğur əldə etmək istəyirdim. Artıq 18 ildir ki, idmanla məşğulam. Yarışların birində almacıq sümüyüm sınmışdı. Həkimlərə və hakimə desəm yarışa çıxa bilməyəcəkdim. Həkimə dedim ki, hər şey yaxşıdır. Belə çıxdım yarışa və qalib gəldim".

 

Daha sonra karateçi ata və anasından bəhs edib:

 

"Anam uşaqlıqda bizi çox döyürdü. Ondan çox qorxurduq. Atam çox vaxt işləri ilə bağlı xaricdə olurdu. Bütün günümüzü anamızla keçirirdik. Anam çox ciddi insan idi, bizi tərbiyə edirdi. 9-cu sinifə kimi əlaçı olmuşam. Bizim bu yerə çatmamızda onun əməyi danılmazdır. Elə bir məqam gəldi ki, mən seçim arasında qaldım. İdmanı seçdim. Qardaşım qırmızı diplomla bitirdi. Bu məni heç pisikdirmədi. Peşman deyiləm idmanı seçdiyimə".


Digər xəbərlər

Xəbər xətti