"Trabzonspor" Ramilə klub tapdı

10:24 10 Fevral 2017

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni komandasının adına aydınlıq gəlib.

 

 

Sportarena.az xəbər verir ki, gənc forvard karyerasını Slovakiyada davam etdirəcək. Belə ki, “Trabzonspor” həmyerlimizi “Jilina” klubuna icarəyə verib. Razılaşmaya əsasən, Şeydayev qarşıdakı il yarım ərzində Slovakiya təmsilçisində çıxış edəcək.

 

 

Qeyd edək ki, Şeydayevin yeni komandası Slovakiya çempionatında 17 turdan sonra 44 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.


Xəbər xətti