AFFA-dan "Qəbələ" və AZAL-a cəzalar

12:36 10 Fevral 2017

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az federasiyanın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 1 oyunu ilə bağlı məsələyə baxılıb. 17-ci turun “Qəbələ” - AZAL matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığrı üçün klublar 800 manat cərimə olunub.

 

Oyunun 78-ci dəqiqəsində  AZAL-ın futbolçusu Alamadine Omega Robent  ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığından 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.


Xəbər xətti