"Qarabağ"dan rekord

13:31 10 Fevral 2017

“Qarabağ” klubu tarixinin yeni rekordunu müəyyənləşdirib. 

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi evdəki məğlubiyyətsizlik seriyasında Premyer Liqadakı ən yaxşı nailiyyətinə imza atıb.
 

 

Qurban Qurbanovun komandası buna çempionatın 17-ci turunun “Zirə” ilə matçında nail olub. 2:0 hesabı ilə qalib gələn “Qarabağ” öz meydanındakı yenilməzliyini 32 oyuna çatıdırıb. Komanda sonuncu dəfə 2015-ci il fevralın 28-də doğma meydanda uduzmuşdu. Həmin vaxt “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olan “Qarabağ” arxada qalan 2 il ərzində evdə 26 qələbə qazanıb və 6 heç-heçə edib.

 

 

Bununla da “Qarabağ” klub tarixinin rekordunu arxada qoyub. Ağdamlılar 1992-93-cü illərdə ardıcıl 31 ev oyununda uduzmamışdı. Bu, ümumilikdə Azərbaycan futbolu tarixində 7-ci nəticənin təkrarıdır.


Digər xəbərlər

Xəbər xətti