Suares cəzalandırıldı

15:37 10 Fevral 2017

İspaniya Futbol Federasiyası “Barselona”nın hücumçusu Luis Suaresi iki oyunluq cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, buna ölkə kubokunun “Atletiko”ya qarşı cavab matçında iki sarı vərəqə alaraq meydandan qovulması, matçın baş hakimi ilə bağlı verdiyi açıqlamalar səbəb olub.

 

“Barselona” uruqvaylı oyunçuya ikinci sarı vərəqənin haqsız yerə verildiyini əsas götürərək cəzanın ləğvini istəyib. Lakin federasiya Kataloniya klubunun şikayətini rədd edib.

 

Suaresə verilən iki oyunluq cəza kubok matçlarına şamil olunacaq. O, bu mövsüm qarşıdakı final oyununu buraxmalı olacaq.


Digər xəbərlər

Xəbər xətti