“Real”dan Benzemaya yeni müqavilə

16:39 10 Fevral 2017

İspaniya nəhəngi “Real” fransız hücumçusu Kərim Benzema ilə bağlı qərarını verib.

 

Sportarena.az xəbər verir ki, İspaniyanın “Marka” nəşri “kral klubu”nun Benzema ilə müqaviləni uzadacağını yazıb. Fransız forvardın Madrid klubu ilə hazırkı sözləşməsi 2019-cu ildə başa çatacaq. Yeni müqavilənin 2021 və ya 2022-ci ilədək nəzərdə tutulacağı gözlənilir.

 

Benzema “Real” formasını 2009-cu ildən geyinir. O, Madrid komandasının heyətində 230 matça çıxıb və 116 qol vurub.


Digər xəbərlər

Xəbər xətti