Maradonanın yeni iş yeri bəlli oldu

17:15 10 Fevral 2017

Ötənlərin məşhur futbolçusu Dieqo Maradonanın yeni iş yeri rəsmən açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, argentinalı əfsanə bundan sonra FİFA-yla əməkdaşlıq edəcək. Maradonda FİFA-nın rəsmi səfiri olacaq. Bu barədə Maradonun özü də şəxsi "Feysbuk" səhifəsində açıqlama yazıb və illərdi arzusunda olduğu işə başladığını bildirib, ona bu şəraiti yaradanlara təşəkkür edib.

 


Qeyd edək ki, Maradona XX əsrin ən yaxşı futbolçuları sırasındadı, 1986-cı ildə Argentina millisinin dünya çempionu olmasında əvəzsiz pay sahibidi.


Xəbər xətti