İngiltərədə 13 narkoman futbolçu

18:45 10 Fevral 2017

İngiltərə Futbol Assosiasiyası narkotikdən istifadə edən 13 futbolçunun adını ictimaiyyətdən gizlədib.

 

Sportarena.az xəbər verir ki, assosiasiya 2012-ci ildə dopinq-testi müsbət nəticələnən 13 futbolçunun adını gizlin saxlayıb. Qurum bu addımı onların reabilitasiyası məqsədiylə edib. Həmin futbolçular mütəmadi olaraq kokaindən istifadə ediblər.

 

Futbolçular diskvalifikasiya olunublar. Amma onların cəzalanmaları da ictimaiyyətə açıqlanmayıb. Bununla belə, yaxınlarda 13 futbolçudan 2-sinin adını öyrənmək mümkün olub. Onlar “Şeffild Yunayted”in yarımmüdafiəçisi Cozi Bakster və “Ross Kaunti”nin qapıçısı Aaron Makeridi.

 

2012/13 mövsümündə 1, 2013/14-də 3, 2014/15-də 6, 2015/16-da isə 3 futbolçunun dopinq-testi müsbət nəticə verib.


Digər xəbərlər

Xəbər xətti