Millimizin futbolçusuna 10 dəqiqə şans verildi

10:28 11 Fevral 2017

Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" Almaniyanın 2-ci bundesliqasında növbəti oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, komanda 20-ci turda səfərdə  “Qroyter”lə qarşılaşıb və qolsuz bərabərə qalıb. Nazarov 80-ci dəqiqədə meydana daxil olub.

 

Qeyd edək ki,  "Aue" 20 turdan sonra 17 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.


Xəbər xətti