"Mütəmadi oynamaq üçün əlimdən gələni edəcəm" - Şeydayev - AÇIQLAMA

11:48 11 Fevral 2017

Millimizin üzvü Ramil Şeydayevin “Trabzonspor”dan Slovakiyanın “Jilina” klubuna 1,5 illik icarəyə verildiyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, futbolçu artıq yeni klubunun düşərgəsinə qoşulub. O, klubun saytına açıqlamasında bunları deyib:

 

“Bura gəldiyim üçün xoşbəxtəm. Yenidən mütəmadi olaraq oynamaq və komandama kömək etmək üçün əlimdən gələni edəcəm. Bura gəlməmişdən öncə Yan Duriça və Matuş Beroyla (“Trabzonspor”da oynayan slovakiyalı futbolçular) danışdım. Onlar mənə “Jilina”nın Slovakiyanın böyük klublarından biri olduğunu dedilər. Cari mövsümdə bir hücumçu kimi çoxlu qol vurmağı arzulayıram. İnanıram ki, mütəmadi olaraq şans qazanacam. Komandayla bağlı ilkin təəssüratım çox yaxşıdı. Baş məşqçi Qulayla oyunçular arasında çox yaxşı münasibət var. “Jilina”yla uğurlar qazanmaq istəyirəm”.


Xəbər xətti