"Xəzər Lənkəran"ın keçmiş məşqçisi və futbolçusu PRO kateqoriyası aldı - FOTO

18:51 11 Fevral 2017

Ukrayna Futbol Federasiyasının təşkil etdiyi PRO kateqoriyası üzrə məşqçilik kurslarının imtahanları keçirilib.

 

Sportarena.az xəbər verir ki, nəticəyə əsasən, iki azərbaycanlı mütəxəssis peşəkar dərəcəyə yiyələnib. Söhbət Elbrus Məmmədov və Samir Əliyevdən gedir. Hər iki mütəxəssisə diplomlar təqdim edilib.

 

PRO kateqoriyası məşqçilik sahəsində ən yüksək dərəcədi və istənilən beynəlxalq klublarda, milli komandalarda işləmək səlahiyyəti verir.

 

Qeyd edək ki, Elbrus Məmmədov "Sumqayıt”ın və Samir Əliyev isə “Neftçi”nin əvəzedicilərini çalışdırır.

 


Xəbər xətti