"Zaqatala" "Rəvan"dan, "Səbail" MOİK-dən üstün oldu

10:53 12 Fevral 2017

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 15-ci tura yekun vurulub.

 

 

Sportarena.az xəbər verir ki, dünən keçirilən 3 oyunla tura yekun vurulub. "Şəmkir" evdə "Şahdağ"ı minimal hesabla üstələyib. "Zaqatala" "Rəvan"ı evdə (3:1), "Səbail" isə MOİK-i səfərdə (2:0) məğlub edib.  

 

 

Birinci divizion, 15-ci tur

11 fevral

Şəmkir - Şahdağ 1:0

Qol: Fərmayıl Əliyev, 80.

Hakimlər: Kərim Kərimov, Rahil Ramazanov, Teymur Teymurov, Yusif Hüseynov
Hakim-inspektor: Rüfət Hüseynov
Şəmkir. Olimpiya idman kompleksi stadionu, 14:00

 

 

Zaqatala - Rəvan 3:1

Qol: Elçin Süleymanov, 35. Tagim Novruzov, 72-avtoqol. Sərxan Abdullayev, 78 - Məhəmməd Alıyev, 69.

Hakimlər: Ramil Əhmədov, Elman Kərimov, Elgün Adıgözəlli, Rövşən Rəcəbov
Hakim-inspektor: Azad Mütəllimov
Zaqatala. Şəhər stadionu, 14:00

 

 

MOİK - Səbail 0:2

Qol: Bayram Budaqov, 58. Eltun Yaqublu, 89.

Hakimlər: Ziya Nəsirov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Etibar Həsənov
Hakim-inspektor: Qurban Məmmədov
Bakı. “Bayıl Arena”, 19:15


Digər xəbərlər

Xəbər xətti