Millimizin üzvü qol vurdu, komandası darmadağın etdi

11:12 12 Fevral 2017

Türkiyə birinci liqasında 20-ci turun oyunları davam edir. 

 

 

Sportarena.az xəbər verir ki, millimizin sabiq üzvü Ufuk Budakın yeni komandası “Manisaspor” səfərdə liderlər qrupunda qərarlaşmış “Əskişəhərspor”la qarşılaşıb. Ufukun start heyətində meydana çıxdığı və sonadək oynadığı qarşılaşma qonaqların 5:1 hesablı darmadağını ilə yekunlaşıb. Oyunda hesabı Budak açıb.



20 oyundan sonra hesabında 20 xal olan Manisa təmsilçisi 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.


Xəbər xətti