"Şahdağ"ın futbolçusu huşunu itirdi - Oyun vaxtı - FOTOLAR

17:04 12 Fevral 2017

Azərbaycan birinci divizionun “Şәmkir” - “Şahdağ”oyununda xoçagəlməz hadisə baş verib.

 

 

Sportarena.az xəbər verir ki, qonaq komandanın futbolçusu Sərxan Ağayev 60-cı dәqiqәdә rәqib oyunçu ilə toqquşub. Nəticədə futbolçu huşunu itirib. Meydançaya daxil olan həkimlər futbolçunun xәstәxanaya aparıblar.

 

 

"Şahdağ"ın mətbuat katibi Xanbaba Daşdının saytımıza verdiyi məlumata görə, futbolçunun vəziyyəti normaldır. Baş verən hadisə zamanı onun iki dişi sınıb. Həkimlər uzaq məsafəli yola icazə vermədiyindən Şəmkirdəki yaxınlarının evində qalıb. Sərxan Ağayev sabah Qubaya gətiriləcək.

 

 


Digər xəbərlər

Xəbər xətti