"Sadəcə bir epizodda..." - Şahin Diniyev - AÇIQLAMA

18:10 12 Fevral 2017

“Kəpəz” Azərbaycan Premyer Liqasının 18-ci turunda öz meydanında “Qarabağ”a 0:1 hesabı ilə uduzub.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyev matçla bağlı bunları deyib:

 

“Meydanda bir-birinə güzəştə getməyən iki komanda var idi. Sadəcə, bir epizodda ustalıq öz sözünü dedi. Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticə olardı. İrəli baxmaq lazımdı. Əsas odu ki, baxımlı oyun var. Komandamın psixoloji durumdan çıxmasını istədim. Mənə elə gəlir ki, bu, bizdə alındı”.


Xəbər xətti