"Ağlayası deyilik ki" - Roman Qriqorçuk - MÜSAHİBƏ

18:54 12 Fevral 2017

“Komandamdan razı qaldım. Öz üslubumuzda oynadıq”.

 

Sportarena.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. Azərbaycan Premyer Liqasının 18-ci turunda “Zirə”nin qonağı olan “qırmızı-qaralar” son dəqiqələrdə buraxdığı qol sayəsində meydanı 1 xalla tərk edib – 2:2. Matçdan sonra təşkil edilən mətbuat konfransında ukraynalı mütəxəssisin bərabərlik şərhi belə olub: 

 

 

“Yaxşı qol imkanlarımız oldu. Bu gün süni meydança bizə mane oldu. Bura alışmaq lazım idi. Daha sonra vəziyyət düzəldi. Təəssüf ki, standart vəziyyətdən 2 qol buraxdıq. Uşaqlar ümumilikdə yaxşı oynadılar. Onlara demişəm ki, başlarını aşağı salıb öz işlərini görsünlər”.

 

 

- Qələbənin əldən getməyində psixoloji gərginliyin nə dərəcədə rolu oldu?

- Yaxşı oyun gööstərib nəticə əldə etməmişik. Buna görə pərt olmamalı, əksinə, başımızı dik tutmalıyıq. Düzdü, səhvlərdən qollar buraxdıq. Amma motivasiyanı itirmək günü deyil.

 

 

- Rasim Ramaldanovun da qırmızı vərəqə almasından sonra komandada ciddi müdafiəçi problemi yarandı. “Qarabağ”la görüşdə bu amil sizə nə kimi problem yarada bilər?

- Hazırda vəziyyət belə alındı. Məşqdə, oyunda hər şeyi düzgün etməklə yanaşı, uğur da sənin tərəfində olmalıdı. Nə edə bilərik. Başa düşürük ki, vəziyyət belədi. Əhvalımızı korlamamlı, öz işimizi düzgün qurmalıyıq. Ağlayası deyilik ki. (Apasport)


Xəbər xətti