"Boavişta" bərabərə qaldı, futbolçularımız...

10:30 13 Fevral 2017

Portuqaliya çempionatında 21-ci turun oyunları keçirilir. 
 

Sportarena.az xəbər verir ki, millimizin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun formasını geydiyi “Boavişta” öz meydanında “Braqa”nı qəbul edib. Cəzasını başa vuran Kamran və Emin əvvəldən sona kimi matçı ehtiyat oyunçular skamyasından izləyiblər. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 



Qeyd edək ki, 21 turdan sonra 26 xalı olan həmyerlilərimizin klubu 11-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti