Almaniya millisi Bakıya nə vaxt gələcək?

12:24 13 Fevral 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-ı millimizlə qarşılaşacaq Almaniya yığmasının Bakıya səfər proqramı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki,  Almaniya Futbol İttifaqı bu barədə məlumat yayıb. Yoahim Lövün komandası martın 24-ü yerli vaxtla saat 14:35-də (Bakı vaxtı ilə 17:35-də) çarter reysli təyyarə ilə Düsseldorfdan Bakıya gələcəklər. Komanda ertəsi gün onlar oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq.

 

Martın 26-ı saat 20:00-da başlanacaq qarşılaşma bitdikdən Almaniya millisi hava limanına gedəcək və gecə saat 02:20-də Frankfurta uçacaq.


Xəbər xətti