AFFA-da müəllimlər üçün dərs

12:40 13 Fevral 2017

“Məktəblərdə futbol dərsi” layihəsinin tətbiq olunduğu orta məktəblərdə fiziki tərbiyə dərslərini tədris edən müəllimlərin futbol biliklərinin artırılması məqsədiylə AFFA və Təhsil Nazirliyinin dəstəyi ilə seminar təşkil olunub.

 

Sportarena.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında başlayan seminarda Bakı şəhəriylə yanaşı Qusar, Şəki, İsmayıllı, Lənkəran və Gəncədə yerləşən orta məktəblərin müəllimləri də iştirak edir. Seminar fevralın 15-dək davam edəcək.


Digər xəbərlər

Xəbər xətti