Azarkeşlər arasında qanlı toqquşma - Ölən və yaralananlar var

14:28 13 Fevral 2017

Rio-de-Janeyro şəhərində Braziliya çempionatı çərçivəsində bu gecə keçirilmiş “Botafoqo” – “Flamenqo” matçı öncəsi futbol azarkeşləri arasında qanlı toqquşma baş verib.

 

Sportarena.az xəbər verir ki, polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etmək məcburiyyətində qalıb. Buna baxmayaraq, fanatlar arasında baş verən çoxsaylı toqquşmaların birində sinəsindən güllə yarası alan azarkeş ölüb. Azı 7 nəfərin xəsarət aldığı bildirilir.

 

Fevralın 13-ə keçən gecə keçirilən “Botafoqo” – “Flamenqo” matçı 1:2 hesabı ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti