Sportarena.az
22 Avqust 2017

4-cü İslam Həmrəyliyi Oyunlarının maskotları təqdim olunub - FOTO

12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ictimaiyyətə  Bakı 2017 İslam Həmrəyliyi Oyunları maskotlarını təqdim edib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanımızın milli sərvəti, dünyanın bir çox ölkələrində gözəllikləri ilə göz oxşayan Qarabağ atları IV İslam Həmrəyliyi oyunlarının maskotu olaraq cəmiyyətə nümayiş olunub. 
 

İncəlik və cəsurluğu özündə xarakterizə edən Qarabağ atları oyunların bundan sonrakı təbliğatında əhəmiyyətli rol oynamaqla yanaşı, eyni zamanda IV İslam Həmrəyliyi oyunlarının simaları olacaqlar. 
 

“İncə” atı zəriflik və gözəllik nümunəsi olması ilə bərabər, eyni zamanda incəliyi və məlahəti əks etdirir. “İncə” adət-ənənələri və milli dəyərləri təmsil edir.
 

Məharətli, mərd və məqsədyönlü “Cəsur”, digər Qarabağ atları kimi  özünə əminliyi və sərbəstliyi ilə seçilir. Məqsədlərinə nail olmaq üçün heç bir çətinlikdən qorxmayan, iradəli və əzmkar olan “Cəsur” mehribanlığı, hər kəsə olan sevgi və diqqəti ilə tanınır. 
 

Bu gündən etibarən IV İslam Həmrəyliyi oyunlarının maskotları olacaq “İncə” və “Cəsur” oyunlar öncəsi və zamanı xalqımızı oyunlarının bir parçası olmağa ruhlandırmaqla yanaşı, eyni zamanda  mərkəz və regionlarımızda əsl idman bayramı əhval ruhiyyəsi yaradacaqlar. 
 

Qeyd edək ki, maskotlar artıq illüstrasiya şəklində yaradılıb və tezliklə animasiyalı və real görünüşə sahib olacaqlar.

 

Tarix
13.02.17 [15:29]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

22 Avqust
21 Avqust 

Facebook

Sorğu

Avrokuboklarda hansı klubumuz daha uğurlu çıxış edəcək?
 "Qarabağ"
 "Qəbələ"
 "İnter"
 "Zirə"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio